Şüəra surəsi, 37-68-ci ayələrin təfsiri смотреть онлайн
Описание видео
ADNAN OKTAR: Yenə Şüəra surəsi. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq. deyir. İndi Darvinistlərlə hz. Musa (ə.s) qarşı-qarşıya gəlir, o zamanın Darvinist və materialistləriylə. Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq. Bu ayədən əvvəlki ayədən oxuyum, oradan daha dəqiq aydın olsun. 38- ci ayə. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Yalnız bu cadugərlərin bir xüsusiyyəti var, 37- ci ayə bunu açıqlayır. bütün bilikli sehrbazları sənin yanına gətirsinlər. Bilikli, elm adamı sehrbazlar amma insanların beynini elmi sözlərlə, fəlsəfi sözlərlə, fənn və fəlsəfi görünüş altında cadulayırlar. Adam deyir ki, elmi danışır, bilikli danışır, elmlə danışır, bu səbəbdən doğru danışır deyir. Ona cadu etmiş olur. Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Bu elm adamları, cadugər elm adamları. Camaata deyildi: Siz də yığışırsınızmı? Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq. Yəni elm adamı kimi göstərdilən bu cadugərlərə biz də itaət edəcəyik deyirlər, əgər qalib gəlsələr. Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” İndi də bir çox müsəlman pul qarşılığı İslama xidmət edir. Qarşı tərəf də yenə, dəccaliyyət tərəfdarları da yenə pul qarşılığında edirlər. Yəni Allah rizası üçün edilməsinin əhəmiyyətinə Quran diqqət çəkir. Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm. İndi bu dövrdə, iki şey, insanların üzərində dayandıqları mövzu; bir pul, bir də əhatə dairəsin genişləndirmək. Ətrafını genişləndirdisə deməli orada mənfəət əldə edə bilər, başqa bir şey ala bilər, mənfəət təmin edə, ticarət edilə bilər. Məsələn Müsəlmanlarla danışanda deyirlər: nə üçün görüşmək istəyirik? Söhbət edək deyirik, bir araya gələk. Bir çıxar varmı, nə üçün toplanacağıq? deyirlər. Deyirik biz Allah rizası üçün toplanacağıq. Qardaşıq, bir-birimizi sevdiyimiz üçün. Peyğəmbərimiz (s.ə.v)- in sünnəsi, Allahın da əmri, Müsəlmanlar bir-birini sevər. Dost söhbəti, məhəbbəti. Elə olmaz, o şəkildə görüşmərik deyir. Yəni bir mənfəət olacaqsa, bir əlaqə olacaqsa, məsələn bizim televizorumuza pul verəcəksiniz, şirkətimizə pul verəcəksiniz və ya bizə bir mənfəət olacaqsa yaxud bir sahədə ortaq olmaq istəyiriksə bir şeydə, elə isə görüşək, yoxsa niyə görüşürük ki? deyir. Quran ona diqqət çəkir, o zehniyyətdə olanlara. Firon zehniyyəti belə. Bəli dedi. Üstəlik şübhəsiz ki, siz ən yaxın (larım) olanlardan olacaqsınız. Musa onlara dedi: “Nə atacaqsınızsa, atın! Yəni əlinizdəki dəlilləri atın, ortaya atın. Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər. O zamankı and küfrə bir and, Allah adına and yox, Firon adına and var. Halbuki and Allah adına olar, deyilmi? O zaman ki and; Allahın adı xatırlanmayan, küfrə içilən bir and sistemi var. İplərini və əsalarını, ip atdıqlarında ilan kimi görünür, artıq bir sistem qurmuşlar. Əsaları da təbii çox əcaib, məsələn bu anda belə belə bir texnologiya yox, çox çətindir. Yəni bir əsanı atdığında ilan kimi görünməsi, ilan kimi hərəkət edib getməsi çox çətindir. Yəni fövqəladə bir texnika işlətdikləri aydın olur, primitiv texnikayla bu olmaz. “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər. Beləliklə Musa əsasını atdı və bir də (nə görsünlər) o, uydurmaqda olduqlarını udur. Yəni o iplikdən, parçadan yaxud necə düzəltdilərsə, bir də ağacdan olan, ilan kimi görünən o əsa, maddələrin hamısını udmağa başlayır. Sehrbazlar səcdəyə qapandılar Yəni deməli adamlar hazırlarmış, şübhə edirlərmiş ki dərhal deyir, yəni dərhal iman etmişlər. və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –Musanın və Harunun Rəbbinə! Bu çox əhəmiyyətli. Quranın təsvir etdiyi Allaha iman etmək çox əhəmiyyətlidir. Məsələn adam bir Allah tərif edər, o Allah deyil, başqa bir şeyi təsvir edər. Ona görə də Peyğəmbərlərin təsvir etdiyi Allaha iman çox əhəmiyyətlidir. Onlarda nə deyir? Musanın və Harunun Rəbbinə. Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Rəsmi ideoloji qərardır, bilirsiniz. Mənim bir inancım var deyər, bunu qəbul edəcəksiniz. Elə isə rəsmi ideologiyası nə? Fironun düşüncəsi. Bunu qəbul edəcəksiniz deyir. Yəni vətəndaşın nəyə inanacağını yuxarıdakılar qərar verir, vətəndaş öz qərarını verə bilmir. Rəsmi ideologiya qərar verir. Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. O cadugərlərə də, oraya gələn alimlərə də öyrətdi deyirlər, o udma hadisəsi Рекомендуем Şüəra surəsi, 37-68-ci ayələrin təfsiri посмотреть онлайн видео бесплатно и без регистрации!
Чат сообщества
Выберите никнейм
Для отправки сообщений нужно выбрать имя